Bu il imzalanmış bir çox önəmli kontraktların icrası nəticəsində Azərbaycana ən müasir silahlar və texnika gətiriləcək.
ONN media xəbər verir ki, bunu Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir:
"Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək". Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir".
Prezident İlham Əliyev vurğulayıb ki, ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.



Ali Baş Komandan: "Bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir"
Azərbaycan yeni silah və hərbi texnikalar aldı
İlham Əliyev hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
Azərbaycana yeni PUA-lar və uzaqmənzilli raketlər gətiriləcək
Azərbaycanın ən müasir texnikaları Zəfər paradında nümayiş etdirilir
Azərbaycan Prezidenti: Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik
İlham Əliyev BƏYAN ETDİ: "Naxçıvana ən müasir hərbi texnika gətirilir"
Ehtiyatda olan hərbçilər təlimə çağırılır
Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlığa başlayır
Heç kimdən asılı deyilik- İlham Əliyev
Xüsusi Təyinatlı Qüvvələrlə bağlı NAZİRDƏN AÇIQLAMA
İlham Əliyev: "Səfərbərliyin elan edilməsinə hələ ki..."
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 