“ASAN”a konsulluq xidmətləri göstərmək hüququ verilib
Prezident İlham Əliyev konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
ONN media xəbər verir ki, fərmanla Dövlət Agentliyinə ("ASAN Xidmət") aşağıdakı konsulluq xidmətləri göstərmək hüququ verilib.
Xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi;
Sənədə apostil verilməsi və sənədin leqallaşdırılması; Viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi. Sənədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin "Elektron hökumət" portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb. Bu fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.


Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
"Asan Xidmət" işçilərinin sayı artırıldı
Zəngilanda Asan Xidmət istifadəyə verildi
Gəncə sakinlərinə ŞAD XƏBƏR
Prezident “ASAN xidmət” işçilərini təltif etdi - SİYAHI
İlham Əliyev “ASAN xidmət”ə 20 milyon manat ayırdı
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmətə getmək istəyənlərin DİQQƏTİNƏ
ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparıldı
Azərbaycana gələn əcnəbilərə vizalar hava limanında veriləcək
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 