Qiymətləndirmə və qərar qəbuletmə dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir.
ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əgər hansısa özəl sahədə çalışan işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərar bütün ölkəyə tirajlanır və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisəolunmazdır: "Bunu hər bir dövlət qulluqçusu aydın şəkildə anlamalıdır. Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin əsas meyar olması barədə cəmiyyətdə fikir formalaşdırır".
M.Abbaszadə qeyd edib ki, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır: "Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır".



Qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı - RƏSMİ
Məleykə Abbaszadə valideynlərə müraciət etdi
150-dən çox bal toplayanlar universitetə girə bilər - Məleykə Abbaszadə AÇIQLADI
Məleykə Abbaszadə valideynləri günahlandırdı
Dövlət qulluğuna hazırlaşanlar MÜTLƏQ OXUYUN
DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi - VİDEO
Hərbi xidmətlə əlaqəli güzəşt... - DİM sədri
III qrup üzrə əlavə 1300 yer ayrılacaq - Məleykə Abbaszadə
Məleykə Abbaszadə istefaya göndərilir?
Məleykə Abbaszadə istefaya göndərilir- KİM ƏVƏZ EDƏCƏK?
III qrup üzrə dövlət sifarişli yerlərdə kimlər oxuyacaq? - AÇIQLANDI
Sertifikat ala bilməyənlərin dövlət qulluğuna xitam veriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 