Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Zahid Orucun 47 yaşı tamam olur. ONN media xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, 5 il Azərbaycan Texniki Universitetinin elmi şurasının üzvü olub. 1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Zahid Oruc lap gənc yaşlarından dəyişməz siyasi mövqeyi və ideyaları ilə fərqlənib. 2000-ci ildə Milli Məclisə üzv seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi və Hesablayıcı komissiyasının üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb. Milli Məclisdəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsi, seçici hüquqlarını müdafiəsi və qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlardan biridir. Beynəlxalq Marşall Mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikat və digər nominasiyaları alıb. Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl analitik məqalələrlə çıxış edir. Rus, türk və ingilis dillərini bilir. Zahid Orucun siyasi portreti dedikdə ilk növbədə göz önündə səlist siyasi ritorikaya malik olan bir siyasi xadimin obrazı canlanır. 2018-ci il 11 aprel prezident seçkilərində 3,11 faiz səslə ikinci yeri tutub. Ailəlidir, iki övladı var.
Zahid Orucun özəl günü



Aydın Abiyev vəfat etdi
AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi
14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk
AMEA-nın köhnə prezidenti vəfat etdi
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
Bu gün Cəlal Əliyevin doğulduğu gündür
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
30 iyun Cəlal Əliyevin doğulduğu gündür
Elmira Süleymanovaya yeni vəzifə verildi
31 yanvar Cəlal Əliyevin anım günüdür
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 