Unutmayaq, unutdurmayaq!
14 yanvar (d.1911- ö.1974) görkəmli riyaziyyatçı alim, akademik, 1962-1967-ci illərdə Azərbaycan ssr Elmlər Akademiyasının Prezidenti olmuş Xəlilov Zahid İsmayıl oğlulduğu gündür.
Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür.
Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə etmişdir.
1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.
1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Zahid Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.
Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Zahid Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk "Funksional analiz" dərsliyini hələ 1949-cu ildə o yazmışdır.
Zahid Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Zahid Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.
Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.
1974-cü il fevral ayının 4-də 63 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin.



14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
Bu gün Zahid Xəlilov doğulub
Zahid Xəlilovu UNUTMADIQ!
Zahid Xəlilov
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
Bu gün Osman Sarıvəllinin doğulduğu gündür
17 dekabr Osman Sarıvəllinin doğulduğu gündür
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
Aydın Abiyev vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 