"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi məsələsi təklif olunur. ONN media xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, qanunun 6.4.1-ci maddəsinə edilən əlavəyə görə, 15 yaşı tamam olmuş şəxslərdən ilkin hərbi qeydiyyata alınarkən doğum haqqında sənədin elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd tələb olunmayacaq. Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur. Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırıış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər. Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur.
Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra..



Dövlət Xidmətindən ilkin hərbi qeydiyyatla bağlı XƏBƏRDARLIQ
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundakı dəyişiklik qüvvəyə mindi
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Azərbaycanda hərbi xidmətə çağırış başlayıb
Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınırlar
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 