Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qazi Kamil Musəvinin çıxışı duyğulu anlar yaşadıb.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Prezident, Ali Baş Komandanın "İrəli" əmrinə qazilərin də hər an hazır olduğunu bildirib.
"Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma vallah, ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız".
Qazinin bu sözləri Birinci vitse-prezident mehriban xanım Əliyevanın da duyğulanmasına səbəb olub.
Xatırladaq ki, Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.
Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdi. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi və belədə oldu.
Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musəvi "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medalları ilə təltif edilib.



Qarabağ qazisi: Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər
Prezident və xanımı yeni kompleksin açılışında
Bakı sakinləri eyvanlarından Prezidenti və Birinci xanımı salamladılar
Prezident və xanımı Füzuliyə səfər ediblər
Prezident və xanımı Şuşada
Rusiya portalında Mehriban Əliyeva haqda məqalə dərc edildi
Prezident və xanımı Zooloji Parkın açılışında
Qubadlı sakini Mehriban Əliyevaya kəlağayı bağışladı - VİDEO
Prezident və xanımı Şuşaya getdi
İlham Əliyev və Birinci xanım Gəncəyə getdilər
Prezident və xanımı Cəbrayılda...
Prezident və birinci xanım Qubadlıda - YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 