Daxili İşlər Nazirliyi gözdən əlil Elçin Abbasovun evinin qarət edilməsinə münasibət bildirib. ONN media xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, Elçin Abbasovun evində oğurluq törədilməsi ilə etdiyi müraciətə polis əməkdaşları tərəfindən laqeyd yanaşılması və araşdırma aparmalarında maraqlı olmaması barədə səsləndirdiyi iddialar əsassızdır: “Sonuncu müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxıb, deyilən ünvana yollanıb və hadisə yerinə baxış keçirib.
Evə baxış zaman kirayə qaldığı mənzildən E.Abbasovun oğurluğun törədilməsində şübhələndiyi bir neçə şəxsin şəxsiyyət vəsiqələri və digər sənədlər aşkarlanıb. Araşdırma zamanı Elçin Abbasovun sələmçiliklə məşğul olduğu məlum olub. Həmin sənədlər də pul verdiyi adamlara məxsus olduğu müəyyənləşdirilib. E.Abbasov izahatında da etiraf edib ki, sələmçiliklə məşğuldur. Hazırda məsələ barədə araşdırma aparılır”. Orxan Mansurzadə həmçinin qeyd edib ki, Elçin Abbasov tez-tez qarət olunması barədə şikayət edir: “Son iki-üç il ərzində Nərimanov rayonu ərazisində kirayə qaldığı yaşayış yerini bir neçə dəfə dəyişib. Hər dəfə oğurluq və digər hüquq pozuntuları ilə bağlı nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edib. Sonuncu dəfə 2018-ci fevral ayında “102” Zəng Mərkəzinə müraciətində evindən mobil telefonun oğurlanması barədə məlumat verib. Amma polis tərəfindən aparılan araşdırma onun bu iddiası digər iddiaları kimi öz təsdiqini tapmayıb”.DİN: Qarət olunduğunu iddia edən gözdən əlil sələmçidir



Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Lənkəranda bir gündə iki oğurluğun üstü açıldı
Qobu və ətraf ərazilərdə 80-ə yaxın evdən oğurluq edən şəxslər ƏLƏ KEÇDİ
Bakıda “Topaz”dan oğurluq oldu
Ramil Usubovdan yeni TƏYİNAT
Polis müğənni Kərimi döyüb? - RƏSMİ AÇIQLAMA
Quba sakinləri Bakıda əcnəbini qarət etdilər
Tovuzda oğurluq edərkən onu cərəyan vurub öldürdü
Əflatun Amaşov Fuad Abbasovdan danışdı
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Şıx çimərliyində ŞOK OLAY - Bıçaqla hədələdilər və...
Azərbaycanda falçı və əri saxlanıldı: avtomobilindən GÖRÜN NƏ TAPILDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 