Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. ONN media xəbər verir ki, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər. Səfir E.Özoral ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İsmayıl Hakkı Kösealini Müdafiə nazirinə təqdim edib. General-polkovnik Z.Həsənov yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Yeni hərbi attaşe nazirə təqdim edildi



Zakir Həsənov Erkan Özorla görüşüb
Nazir Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşdü
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi
Zakir Həsənov Çin səfiri ilə görüşdü
Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi
Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Zakir Həsənov Andrey Ravkovla görüşdü
Zakir Həsənov Özoralla görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Zakir Həsənov türkiyəli nazir müavini ilə görüşdü
Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 