Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur.
ONN media xəbər verir ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.
Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.
Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.



10 mart - MİLLİ TEATR GÜNÜDÜR
10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür
10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür
10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür
27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur
27 mart Beynəlxalq Teatr Günüdür
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Bu şəxslərə ŞAD XƏBƏR - 1,8 milyon manat ayrıldı
28 may Respublika Günüdür
Şərəfli ömr sürmüş Həsən bəy Zərdabi
Prezidentin "Xalq asrtisti" fəxri adı verdiyi Fuad Osmanov kimdir? - DOSYE
Prezidentin təltif etdiyi Fərzəlibəyov kimdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 