Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək.
Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirilir.
Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunur.



Ordumuz genişmiqyaslı təlimlərə başlayır
Azərbaycan Ordusu Ermənistan hərbi qruplaşmalarını darmadağın edəcək
Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı – VİDEO
Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Azərbaycan ordusunda təlimlər keçirilir
SON DƏQİQƏ: Azərbaycan ordusu hərəkətə keçdi
Azərbaycan Ordusunun geniş miqyaslı təlimləri keçirilir
Ordumuz 10 minlik heyətlə başladı- VİDEO
Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək - MN
Ordumuz 10 minlik heyətlə savaşa başlayır
Azərbaycan Ordusu BAŞLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 