Daim bu və ya digər müstəvidə sosial məsələləri gündəmə gətirən ekspert Azər Allahverənov paytaxtda müxtəlif ərazilərdə ucaldılan heykəllər haqda ətraflı məlumat lövhələrinin yerləşdirilməsini təklif edib.
ONN xəbər verir ki, o, “Axundov” bağında ucaldılan Azərbaycanın görkəmli mütəfəkkiri, yazıçı və pedaqoq Mirzə Fətəli Axundovun heykəlində heç bir qeydin olmadığını bildirib.
“Mirzə Fətəli Axundovun heykəlinin yanından keçərkən fikir verdim ki, bu şəxs barədə hər hansı yazı yoxdur. Olduqca vacibdir ki, Bakı şəhərində heykəlləri ucaldılmış bütün şəxslər barədə qısa məlumat elə həmin heykəllərin yanında quraşdırılmış məlumat lövhələrində ən azı Azərbaycan, rus və ingilis dillərində verilsin. Bu nəinki ölkəyə gələn turstlərin məlumatlandırılması baxımdan vacibdir, bu, həm də ölkə vətəndaşlarının maariflənməsi nöqteyi-nəzərindən gərəklidir. Yeri gəlmişkən, bu vəzifəni həm də müasir texnoloji imkanlardan geniş istifadə etməklə həyata keçirmək mümkündür. Bu layihəyə dair maraqlı ideyalarım var”.
A.Allahverənov bildirib ki, Bakıda ucaldılan əksər heykəllərlə bağlı problem eynidir. Ya heykəlin kimə məxsus olması haqqında məlumat yoxdur. Ya da təkcə həmin şəxsin ad və soyadı var:
“Eyni bir mənzərə həm də əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adına ucaldılmış monument ətrafında da var”.



Mirzə Fətəli Axundzadə 30 iyunda doğulub
Bakıda heykəllər yuyulacaq - Siyahı
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - BNA
Rüfət Axundov efirdən qovulub? - Açıqlama
Şəhid "Mehmetçik"lərin qardan heykəlləri hazırlandı
“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR
3 oktyabr Süleyman Sani Axundovun doğulduğu gündür
29 mart Süleyman Sani Axundovun vəfat etdiyi gündür
Məşhur müğənni qaydaları pozdu
Dmanisidəki azərbaycanlıların mağazası fəaliyyətini bərpa etdi
Prezident Şuşa ilə bağlı sərəncam imzaladı
Azərbaycan İrana yardım təklif etdi
Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir
DÇ-2026: ikinci tura start verilir
Neft Emalı Zavodunda yanğın başladı
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq? 