Unutmayaq, unutdurmayaq!
Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısının himayəsində böyümüşdür. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır.
Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona “Əmək qəhrəmanı” adı verilmişdir. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. “İkinci il” adlı dərs kitabının müəllifidir.
Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri “Tamahkar” komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır.
Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. 1907-ci ildə qələmə aldığı “Dibdat bəy”, “Türk birliyi” adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir. “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və s. pyeslərin müəllifidir.
Süleyman Sani Axundov həm də orijinal nasirdir. “Qonaqlıq” (1905), “Kövkəbi-hürriyyət” (1905), “Yuxu” (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazmışdır. Yazıçı “Tutuquşu” (1909) hekayəsində də aktual məsələyə toxunmuşdur. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa etmişdir. Süleyman Sani Axundovun yazdığı “Qan bulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı (1923), “Nə üçün” (1925), “Təbrik” (1925), “Sona xala” (1926), “Namus” (1926), “Mister Qreyin köpəyi” (1927), “Son ümid” (1927), “İki dost, iki düşmən” (1927), “Gənc maşinistka və qoca yazıçı” (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib “Qorxulu nağıllar” (1912–1914) başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirmişdir.
Allah rəhmət eləsin.



29 mart Süleyman Sani Axundovun vəfat etdiyi gündür
Bəzi marşrut xətlərinin hərəkət sxemi DƏYİŞDİRİLDİ
Bu gün Süleyman Rüstəmin doğulduğu gündür
12 mart Süleyman Rüstəmin doğulduğu gündür
Bakıda bu ərazidə güclü yanğın olub- YENİLƏNİB
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
Trampla Sani razılaşdı: Hədəf nədir?
Bu gün Osman Sarıvəllinin doğulduğu gündür
17 dekabr Osman Sarıvəllinin doğulduğu gündür
12 mart Cabir Novruzun doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 