11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər. İmtahanda iştirak etmiş şagirdlər (22499 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azərsell, Baksell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin: - Xarici dil fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur; - Tədris dili fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur. - Riyaziyyat fənni üzrə isə kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir, yazılı şəkildə cavablandırılan tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu 3 ədəd cəmlənir və -ə vurulur. Cədvəl 1
| Fənn | I mərhələ, test tapşırıqları | ||
| Maksimal bal | Test tapşırıqlarınn sayı | Bal | |
| Tədris dili (Azərbaycan dili, rus dili) | 100 | Oxuyub-anlamaya dair 2 mətn-hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq+5 qapalı) və dil qaydalarına dair 10 qapalı tipli tapşırıq. Cəmi:30 tapşırıq | (2nd(açıq, yazılı)+nd(qapalı)) |
| Riyaziyyat | 100 | 7 açıq tapşırıq (həllin yazılması tələb olunan)+ 5 açıq tipli tapşırıq + 13 qapalı tipli tapşırıq. Cəmi 25 tapşırıq | (2nd(açıq, yazılı)+nd(açıq, kod)+ +nd(qapalı)) |
| Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) | 100 | 1.Dinləyib-anlamaya dair mətn - 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq tipli); 2.Oxuyub-anlamaya dair mətn - 8 tapşırıq (4 qapalı tipli + 4 yazı tələb olunan açıq tipli); 16 qapalı tipli tapşırıq. Cəmi 30 tapşırıq | (2nd(açıq, yazılı)+nd(qapalı)) |



DİQQƏT - İmtahan nəticələri açıqlandı
DİM imtahan nəticələrini ELAN ETDİ
Buraxılış imtahanının nəticələri açıqlandı
9-cu sinif şagirdlərinin nəzərinə: İmtahan nəticələri...
İmtahan nəticələri açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT- Nəticələr açıqlandı
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Buraxılış imtahanının nəticələri açıqlandı
DİQQƏT: Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
DİQQƏT- İmtahanların nəticələri açıqlandı
SON DƏQİQƏ: İmtahan nəticələri ELAN EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 