ONN İnformasiya Agentliyi

Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək – Deputat

Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək – Deputat
14 Yanvar 2022 - 14:25

“Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib. Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 500 000 dollar olub. 2019-cu ildə isə bu göstərici 807 610 000 dollar olmuşdu”. 

ONN media  xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, pandemiyaya rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb: “Son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2,3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi 331 215 000 dollar olmuşdu. Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. Belə ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50% artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər”.

V.Bayramov xatırladıb ki, Azərbaycan və Ukrayna eyni zamanda Avropa İttifaqının Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir: “Hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdir. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png