ONN İnformasiya Agentliyi

Azərbaycanla Türkiyə qazla bağlı yeni müqavilə imzaladı

Azərbaycanla Türkiyə qazla bağlı yeni müqavilə imzaladı
15 Oktyabr 2021 - 11:42

“Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum qaz boru xətti vasitəsilə əlavə 11 milyard kubmetr təbii qazın nəql edilməsi ilə bağlı razılığa gəlib”.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

“Qışın gəlməsi ilə qazla bağlı artacaq tələbin qarşılanması üçün həyata keçirilən danışıqlar uğurla davam etdirilir. Qaz tədarük etdiyimiz ölkələrin rəhbərlikləri Türkiyəyə göndərilən qazın artacağını bəyan ediblər. Bu xüsusda, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq əlavə 11 milyard kubmetr qazın nəql edilməsi ilə bağlı Azərbaycan ilə ticarət müqaviləsi imzalanıb”, – deyə türkiyəli nazir qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png