ONN İnformasiya Agentliyi

”İran xalqının tələblərini nəzərə al!”-Ərdoğandan Ruhaniyə çağırış

”İran xalqının tələblərini nəzərə al!”-Ərdoğandan Ruhaniyə çağırış
05 Yanvar 2018 - 11:39

ONN media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa KİV-lərinə açıqlamasında iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı İslam Respublikasının Prezidentini İran xalqının tələblərini nəzərə almağa çağırıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı H.Ruhani bildirib ki, İran şəhərlərində vəziyyət tam nəzarət altındadır və narahatlığa heç bir əsas yoxdur.

Türkiyənin dövlət başçısı bir daha qeyd edib ki, İrandakı vəziyyət ölkənin daxili işidir və proseslərə istənilən xarici müdaxilə yolverilməzdir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın, o cümlədən Donald Trampın İrandakı vəziyyəti qızışdırdığını bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png