ONN İnformasiya Agentliyi

Milli Məclisə seçkilərdə yəhudilər də iştirak edəcək?

Milli Məclisə seçkilərdə yəhudilər də iştirak edəcək?
11 Dekabr 2019 - 21:16

2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində yəhudi əsilli namizədlər də iştirak edəcək.

Bunu Modern.az-a açıqlamasında Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev deyib.

“2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində bizim icma üzvlərimizdən namizədliyini irəli sürənlər olacaq. Lakin hələ ki, tam say və adlar bilinmir. Yaxın zamanlarda yəqin ki, deputatlığa namizədlik verənlərin adını biləcəyik”, – deyə icma rəhbəri bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl vəfat edən beşinci çağırış Milli Məclisin deputatı Yevda Abramov da yəhudi əsilli idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png