ONN İnformasiya Agentliyi

Parlamentdə əfv və amnistiya ilə bağlı dinləmə keçiriləcək

Parlamentdə əfv və amnistiya ilə bağlı dinləmə keçiriləcək
17 Sentyabr 2020 - 10:21

Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək.

Bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planının layihəsində əksini tapıb.

İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.

İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq. (trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png