ONN İnformasiya Agentliyi

Prezident İlham Əliyev bu ölkəyə səfərə gedir

Prezident İlham Əliyev bu ölkəyə səfərə gedir
17 Yanvar 2020 - 19:55

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunun işində iştirak edəcək.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bildiyiniz kimi, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda fəal iştirak edir. Forum çərçivısində Prezident keçirilən seminarlar, danışıqlar və biznes ictimaiyyətinin nümayəndələri ilə konfranslarda, həmçinin tərəfdaş ölkələrinin başçıları, beynəlxalq təşkilatların rəsmi şəxsləri ilə görüşlər keçirir”, – deyə H.Hacıyev cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, forumlar çərçivısində keçirilən danışıqlar Azərbaycana müəyyən müsbət nəticələr əldə etməyə imkan verib.

“Buna görə biz keçiriləcək forumda da fəal iştirak edəcəyik”, – H.Hacıyev vurğulayıb.

İnterfax.az xatırladır ki, bu il Davos İqtisadi Forumu 20-24 yanvar tarixlərində keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png