ONN İnformasiya Agentliyi

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”
17 Fevral 2020 - 11:44

Əli Həsənov: “Dövlət başçısı savadlı və iradəli olanda, həmişə istənilən situasiyadan, bax, beləcə qələbə ilə ayrılır”

“Heç şübhəsiz ki, Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı”.Bu barədə professor Əli Həsənov “Facebook” profilində yazıb.Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsinin XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verməsinin Prezident İlham Əliyev tərəfindən dilə gətirildiyini xatırladan professor qeyd edib ki, dövlət başçısı savadlı və iradəli olanda, həmişə istənilən situasiyadan, bax, beləcə qələbə ilə ayrılır: “Prezident İlham Əliyev millətimizin qürur yeridir, allah üstümüzdən əksik eləməsin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png