ONN İnformasiya Agentliyi

Yunus Oğuz: “Prezidentin əfv sərəncamı dövlətin humanizm siyasətinin bariz nümunəsidir”

Yunus Oğuz: “Prezidentin əfv sərəncamı dövlətin humanizm siyasətinin bariz nümunəsidir”
06 Aprel 2020 - 20:51

“Azərbaycan prezidenti və Azərbaycan dövləti öz humanizm siyasətini davam etdirməkdədir. Prezident İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı bunun bariz nümunəsidir”.

ONN media xəbər verir ki, bunu yazıçı, publisist, “Olaylar” qəzeti və eyni adlı agentliyin baş redaktoru, Milli  Vəhdət Partiyasının sədri  Yunus Oğuz bildirib:

“Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Növbəti əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub. Dövlət başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb”. Y.Oğuz əlavə edib ki, dövlət başçısı tərəfindən mütəmadi olaraq əfv sərəncamlarının verilməsi istər humanizm, dövlətçilik, milli birlik, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük əhəmiyyətə malikdir: “Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin yürütdüyü humanist siyasət xalq tərəfindən yüksək qiymətləndirilir. Bu isə iqtidar-xalq birliyini möhkəmlətməklə yanaşı, əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşmış olur. İndiki koronavirus pandemiyasının hökm sürdüyü bir məqamda əfv sərəncamının imzalanması isə dövlətin, dövlət başçısının öz vətəndaşlarına münasibətinin  təzahürü kimi qiymətləndirilməlidir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png