Novruz bayramınadək mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media-ya verilən məlumata görə, əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır. Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək. Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur.
Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin daxilolmalarda artım cari ildə davam edib. Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb. “2018-ci ilin 01 yanvar tarixinə olan məlumata əsasən, ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı cari ilin əvvəlindən pensiyalarda növbəti artımın təmin edilməsinə imkan verib. Sərəncama əsasən, 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının 2017-ci il üzrə əmək haqlarının orta aylıq artım tempinə uyğun, yəni 5,7 faiz səviyyəsində indeksləşdirilərək artırılması təmin edilib”, deyə E.Babayev vurğulayıb.



Mart ayına dair bütün sosial ödənişlər köçürüldü - RƏSMİ
Pensiyalarla bağlı xəbər var
Müavinət və sosial yardım alanlara şad xəbər!
Bayrama qədər pensiyalar artımla veriləcək?
Əmək pensiyaları hesablara nə vaxt köçürüləcək - Rəsmi
Sosial yardım alanların NƏZƏRİNƏ
Pensiyalarla bağlı şad xəbər
Mart ayı üzrə pensiyalar TAM ÖDƏNDİ
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Pensiyaçılara ŞAD XƏBƏR: Bu axşamdan...
Pensiyaçılara bayram müjdəsi
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 