Artıq bir neçə aydır ki, regionlarda pensiyaların verilməsində gecikmə halları müşahidə olunur. Dövlət Sosial Müdafiə Fondunun rəsmi açıqlamasına görə, Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur. Lakin gecikmənin konkret səbəbi ilə bağlı məlumat verilməyib.
ONN media xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə son zamanlar DSMF-nin fəaliyyəti ilə bağlı tənqidlər geniş vüsət alıb:
“DSMF-nin fəaliyyəti ilə bağlı çoxlu sual və tənqid var. Son zamanlar doğrudan da təqaüdlərin gecikdirilməsi ilə bağlı çoxsayılı şikayətlər özünü göstərir. Bu şikayətlərin əsası ondan ibarətdir ki, DSMF pul köçürmələri ilə bağlı öhdəliyini vaxtlı-vaxtında həyata keçirə bilmir. DSMF rəsmilərinin yanaşması odur ki, bu texniki problemdir və yaxın zamanlarda həll olunacaq. Lakin söhbət ondan gedir ki, ilin əvvəlində büdcə qəbul olunduqdan sonra minimum təqaüdlərdə 10 faizə yaxın artım nəzərdə tutuldu”.
Ekspertin fikrincə, təqaüdlərin gecikməsi texniki nasazlıqla bağlıdır:
“Bu DSMF-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhvidir ki, vaxtı-vaxtında bu hesablamaları aparıb Maliyyə Nazirliyinə və hökumətin digər qurumlarına məlumat verə bilmir. Yeni maliyyə mənbələrinin vaxtında köçürülməsinə və insanların bundan əziyyət çəkməməsinə şərait yaradılmalı idi. Təəssüf ki, biz bunu görmədik. Nəticə etibarı ilə, həmin qurumların səhlənkarlığı insanların narazılığına səbəb olur. Düzdü, bu sadəcə texniki məsələdir və insanların təqaüdləri ödəniləcək. Sadəcə çatışmayan vəsaitin Maliyyə Nazirliyi tərəfindən ayrılması və DSMF tərəfindən idarə olunması tezləşdirilməli və sürətləndirilməlidir



Pensiyalar bu tarixdən artımla hesablanacaq
Parlament DSMF-nin gələn il üzrə büdcəsini qəbul etdi
DSMF-nin büdcəsi təsdiqləndi - 4,8 milyard manat
Maaşlar bu tarixdə artırılacaq
Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə - Dəyişikliklər var
MDB-də birinci yerdəyik - Nazir
Pensiyaçılara XOŞ XƏBƏR
Pensiyalar bu qədər artacaq - DSMF
Sahil Babayev ona yeni vəzifə verdi
Bu rayonlar üzrə pensiya ödənişlərində dəyişiklik edildi
Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 