Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.
ONN media xəbər verir ki, bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır.
Bu proses necə tənzimlənir, vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?
Qeyd edilib ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığortaolunan qulluqetmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər.
Onlar pensiyaya erkən yaşda çıxa bilərlər?
“Əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
Əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə ilə bağlı erkən pensiya hüququ isə qanunvericilikdə nəzərdə tutulmayıb”, - məlumatda bildirilib



Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır?
Pensiya ilə bağlı qanuna dəyişiklik edildi
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarı dəyişdirildi - Prezident TƏSDİQLƏDİ
Tələbə kreditləri ilə bağlı mühüm qərar
Prezident bu xəstələrlə bağlı qanun imzaladı
Azərbaycanda pensiya kapitalının məbləği artdı
Çernobıl əlillərinə birdəfəlik maddi yardım verildi
Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Əmək pensiyaları ilə bağlı sərəncam imzalandı
Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq - YENİLİK
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 