Bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktı məlum olub.
ONN media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur. Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir



2020-ci ildə ən çox istifadə edilən dövlət saytları - TOP 10
İnternetdə 25 milyard hesabın şifrəsi yayıldı - XƏBƏRDARLIQ
Naxçıvan dövlət qurumları ilə bağlı yenilik olub
Facebookla bağlı şok məlumat: "Hər kəs bilir, amma..."
SON DƏQİQƏ: Azərbaycanda bu qurum ləğv edildi - FƏRMAN
Nazirlikdən əhaliyə daha bir XƏBƏRDARLIQ
DTX-nın səlahiyyətləri artırıldı
Saxta profil istifadəçilərinin NƏZƏRİNƏ!
İlham Əliyev fərman imzaladı
Qadağan edilən məlumatları yayan saytlarla bağlı tələb müəyyənləşdi
Azəriqaz rəsmi məlumat yaydı
Nazirlikdən ən sərt addım – İlk dəfə
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 