Deputat Vüqar Bayramov minimum əməkhaqqının artırılması ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son dövrlər vətəndaşlardan minimum əməkhaqqının nə vaxt artırılacağı ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
ONN media xəbər verir ki, deputatın sözlərinə görə, "Əmək Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Bu isə artımların daha sistemli və qanunvericiliklə tənzimlənən şəkildə həyata keçirilməsi deməkdir.
Vüqar Bayramov qeyd edib ki, minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan şəxslərə deyil, vahid tarif cədvəli üzrə çalışan digər işçilərə də təsir göstərir. Belə ki, dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları minimum əməkhaqqı artırıldıqdan sonra bir ay ərzində yeni məbləğə uyğunlaşdırılır.
Deputatın sözlərinə görə, hazırda vahid tarif cədvəli üzrə ən aşağı əməkhaqqı 400 manat, ən yüksək isə 1150 manat təşkil edir. Minimum əməkhaqqında ediləcək növbəti artımın təxminən 700 min vətəndaşın gəlirlərinə təsir göstərə biləcəyi vurğulanıb.
Vüqar Bayramov bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı ildə təsdiqlənib. Buna görə də həmin tarixdən etibarən bir il ərzində minimum əməkhaqqına ən azı bir dəfə yenidən baxılaraq artırılması gözlənilir.
Deputat əlavə edib ki, bəzi illərdə minimum əməkhaqqında bir neçə dəfə artımın baş verməsi də mümkündür.



İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək - VİDEO
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən ... - VİDEO
"Qadınların əməkhaqqında artım olacaq"- Nazir
Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
Kimlərin maaş və pensiyası artacaq?
Maaşlar arta bilər?
Prezidentdən bu şəxslərə ŞAD XƏBƏR
Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
Kimlərin əməkhaqqıları artacaq?- SİYAHI
Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 