Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılması nəzərdə tutulur.
ONN media xəbər verir ki, bunu Modern.az-a Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə İT mütəxəssislərinin attestasiyası ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, hazırda kitabxana sistemində aparılan dəyişikliklərin əsas məqsədi kitabxanaların müasir çağırışlara uyğun fəaliyyət göstərməsini təmin etməkdir.
V.Qurbanzadə bildirib ki, optimallaşdırma yalnız kitabların əlçatanlığının artırılması, beynəlxalq standartlara uyğun xidmətlərin təşkili və kitabxana fondlarının zənginləşdirilməsinə xidmət edir.
Şöbə müdiri qeyd edib ki, bu proses çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına da xüsusi diqqət yetiriləcək:
"Kitabxana əməkdaşlarının peşəkarlığının təmin olunması məqsədilə attestasiyadan keçmiş əməkdaşların kurslara cəlb olunması və optimallaşma prosesindən sonra kitabxana əməkdaşlarının əməkhaqqılarının artırılması istiqamətində Mədəniyyət Nazirliyinin müəyyən planları var. Bu proses başa çatdıqdan sonra həmin planların tətbiqi nəzərdə tutulur".
V.Qurbanzadə əlavə edib ki, hazırda kitabxana sistemində çalışan digər əməkdaşların attestasiyası ilə bağlı hələlik hər hansı qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu mərhələdə yalnız informasiya texnologiyaları sahəsində çalışan təxminən 1 100 əməkdaş attestasiyaya cəlb olunub.



26 iyul Şəfiqə Axundovanın vəfat etdiyi gündür
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Yaddaşını itirən xalq, gələcəyini də itirər – Cavid İSMAYIL yazır
"AZAL" NAXÇIVANIN TƏCRÜBƏSİNDƏN NİYƏ İSTİFADƏ ETMİR?- CAVİD İSMAYIL YAZIR
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Biz haqqın yanındayıq! - Cavid İSMAYIL yazır
VƏTƏN UĞRUNDA BİR OLMAĞI BACARDIQ!-Cavid İSMAYIL yazır
MİLLİ MƏCLİSİN DEPUTATI SADİQ QURBANOVUN "ZİYALI: TARİX, DÖVLƏTÇİLİK VƏ MİLLİ MƏSULİYYƏT" MƏQALƏSİ ÜZƏRİNƏ DÜŞÜNCƏLƏR
Kadr və milli təhlükəsizlik – Cavid İSMAYIL yazır
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Elşad Xose psixiatriya mərkəzinə yerləşdirilib?
Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
Çimərliklərdə sabah vəziyyət necə olacaq?
40 dərəcə isti olacaq - HAVA PROQNOZU
Fransa millisi Zidana tapşırıldı
XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!
Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verdi
Bu ərazilərdə 3 gün su olmayacaq
Bu şəxslərə 3 il boyunca hər ay müavinət ödəniləcək
"Sabah"ın oyunu canlı yayımlanacaq
Bakı nefti kəskin ucuzlaşdı
5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
TƏBİB-i İcraçı direktoru bu komissiyadan çıxarıldı 