ONN İnformasiya Agentliyi

Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin birgə operativ məlumatı

Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin birgə operativ məlumatı
3-07-2018, 03:52


Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ölkə ərazisinin elektrik enerjisi ilə təminatında yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yayıb.

ONN media xəbər verir ki, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

Bildirilir ki, hazırda vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı bərpa olunub.

“Qısa müddət ərzində digər bölgələrdə də enerji verilişi yerinə yetiriləcək. Əlaqədar dövlət strukturlarında yaradılmış operativ əməliyyat qrupu və səhmdar cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər həyata keçirir”,- deyə birgə operativ məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png