Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib.
ONN media -ya "Azərenerji"dən verilən məlumata görə, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” əsasında həyata keçirilib.
Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt-saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt-saat təşkil edib.



Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
Eelektrik enerjisi kəsildi - QƏZA
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Azərbaycanın elektrik enerjisi ixracı 2 dəfəyədək artıb
Bu il Azərbaycan elektrik enerjisinin ixracını artırıb
Bu gecə yenə işıqlar sönəcəkmi?
"Azərnerji" Mingəçevirdəki yarımstansiya ilə bağlı AÇIQLAMA verdi
Türkiyədə elektrik enerjisinin qiyməti 15% bahalaşdı
Elektrik xəttində qəza baş verib
Azərbaycan elektrik enerjisi istehsalını artırmağı planlaşdırır
Albalılıqda yaşayanların NƏZƏRİNƏ
İranla elektrik enerjisinə dair müqavilə imzalanıb
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 