Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.
Qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb. Araşdırmaların ilkin nəticələri və “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər Nazirlikdə müzakirə edilib. “Azərbaycan” İES və Mingəçevir - Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı “Azərenerji” ASC-yə tapşırıqlar verilib. Eyni zamanda xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.
Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.



“Azərbaycan" İES-də baş vermiş qəza ilə bağlı xarici ekspert qrupunun ilkin rəyi məlum olub
İlham Əliyev Mingəçevirdəki qəza ilə bağlı sərəncam imzaladı
Strateji yol xəritəsi üzrə işçi qrup və alt qruplarının iclasları keçirilib
"Azərnerji" Mingəçevirdəki yarımstansiya ilə bağlı AÇIQLAMA verdi
Prezident sərəncam imzaladı
Bu gecə yenə işıqlar sönəcəkmi?
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
Prezidentdən SƏRƏNCAM: Yeni Dövlət Agentliyi yaradıldı
Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin birgə operativ məlumatı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev sərəncam imzaladı
Vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu yaradılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 