32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.
Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaradıb və vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Məsələ ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da, hər hansı bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olub.
Dəyişikliyə əsasən, marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin təlabatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.
Məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - “Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.
Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.



Daha bir marşrut xətti "BakuBus" həvalə olundu
Bakıda yeni marşrut xətti açıldı
Bakıda iki avtobus toqquşdu - İKİ SƏRNİŞİN
Bu avtobusdan istifadə edənlərin nəzərinə
Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi
Bu avtobusda gediş haqqı kartla olacaq
Sərnişinlərin NƏZƏRİNƏ! Bakıda 2 marşrut xətti birləşdirilir
Bu marşrutların xətti üzrə avtobuslar yeniləndi
Bu marşrut xətti üzrə BakuBus avtobusları işləyəcək
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 