Avqustun ayının ikinci yarısı və sentyabr ayının birinci yarısında Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müəllimlərin müddətli müqavilə ilə işə qəbulu həyata keçiriləcək.
ONN media xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu qaydalarında göstərilir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra Təhsil Nazirliyi tərəfindən əlavə yerləşdirmə keçirilə bilər: “Ancaq bu il planlaşdırılır ki, əlavə yerləşdirmə deyil, sırf müddətli müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçirilsin”.
M.Camalzadə deyib ki, bu il baş verən ən ciddi dəyişikliklərdən biri ümumtəhsil müəssisələrində vakant olan və ya müsabiqədən sonra yaranan vakant yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi olacaq.
Mərkəz müdiri əlavə edib ki, ötən illərdə bu prosesin həyata keçirilməsi üçün yerli təhsil idarəetmə orqanları tərəfindən müəllimlər dəvət edilirdi və onlarla müddətli müqavilə bağlanılırdı:
“Bu il isə tamamilə fərqli olacaq. Müsabiqənin əsas hissəsində vakant yerlər necə tutulursa, müddətli müqavilə ilə də işə qəbul həmin formada həyata keçiriləcək. Yəni müsabiqə başa çatdıqdan sonra qalan və yeni yaranan bütün vakant yerlərə sənəd qəbulu aparılacaq və imtahanda iştirak edən, eləcə də əvvəlki ildə iştirak edib nəticəsi olan hər bir kəs elektron proqram təminatı vasitəsilə vakant yerləri seçəcək. Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”.



Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtı bilindi
Müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
DİQQƏT- Müəllimlərin vakansiya seçimi başladı
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!
Müddətli müqavilə ilə işə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR
DİQQƏT: Vakansiya seçiminə start verildi
Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum oldu
İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulunda YENİ QAYDALAR
Müəllimlərin işə qəbul imtahanı nəvaxt olacaq?
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ- Bu tarixdə olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 