Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək.
ONN media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.
O, Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib.
Nazir bildirib ki, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib. Hazırda “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin imkanlarından da bu istiqamətdə səmərəli istifadə mühüm önəm kəsb edir.
S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını diqqətə çatdırıb.
İclasda İşçi Qrupuna tapşırılan vəzifələrin icrası sahəsində görülən işlər, hazırlanan yeni təkliflər, pensiya təyinatı prosedurunun elektronlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.



Pensiyalarla bağlı VACİB MƏLUMAT
Azərbaycanda pensiya, müavinət və təqaüdlər artırılacaq - Prezident SƏRƏNCAMI
Pensiyalarla bağlı YENİ XƏBƏR
Əlillik pensiyaları ilə bağlı YENİLİK
Pensiyalarla bağlı daha bir YENİLİK
Pensiya alanlara ŞAD XƏBƏR
Pensiyalarla bağlı daha bir yenilik
Azərbaycanda pensiyalar artırılacaq? - RƏSMİ
Nazirdən pensiyalarla bağlı şad xəbər – “Bu il 200 min…”
Müavinətlərlə bağlı mühüm qərar
Pensiya alanlara şad xəbər!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 