ONN İnformasiya Agentliyi

Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”

Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
08 Noyabr 2017 - 13:00
“Büdcə sosial yönümlü olaraq vətəndaşa xidmət etməlidir.
Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb”. “Olaylar”ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Deputat bildirib ki, gələn ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20% çoxdur: “İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Bu il sosial müdafiəyönümlü qanunlar qəbul olunub və bəzi qanunlara dəyişikliklər edilib. Bu, gələn ilin dövlət büdcə layihəsində əksini tapıb. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 %-i sosial müdafiə tədbirlərinə yönəldilib. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28% civarında olub”.
ONN media
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png