"Babək prospektinin açılması oktyabrın sonuna planlaşdırılır". ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O qeyd edib ki, prospektdə kommunikasiya xətləri ilə bağlı işlər tam bitməyənə kimi təmsi etdiyi qurum tərəfindən işlər tam gücü ilə yerinə yetirilə bilməz: “İki həftə bundan əvvəl prospekt boyu kommunikasiya işləri demək olar ki bitib, bəzi hissələrdə isə hələ də qalıb. Bundan sonra biz tam güclə işə başlamışıq. Hazırda prospekt boyunca asfalt örtüyünün sonuncu 3-cü qatı döşənir. Bu proses 15-20 gün davam edəcək.Asfaltlanma işləri ərazilər boyu yekunlaşdıqca xətlənmə və yol nişanlarının quraşdırılması işləri aparılır. Tam olaraq da bu iş ayın sonuna kimi bitəcək”.
Qeyd edək ki, A. Nəcəfli bir müddət əvvəl verdiyi açıqlamada sözügedən prospektdə sentyabrın axırı, oktyabrın əvvəlində təmir işlərinin başa çatdırılacağını qeyd etmişdi.
Xatırladaq ki, paytaxtın böyük prospektlərindən olan Babək prospekti fevral ayından bağlıdır. Bu prospektin bağlı olmasına görə əsas yük Nobel prospektinin üzərinə düşür və pik saatlarda orada sıxlıq müşahidə olunur.



Bu prospektdə işlər nə vaxt başa çatacaq? - Açıqlama
Babək prospekti nəvaxt istifadəyə veriləcək?
Bu prospektdə hərəkət bərpa olundu (FOTO)
Bu yol təmir olunur
"Sovetski"də abadlıq işləri nəvaxt başa çatacaq?
Bu prospekt bağlandı
Babək prospektinin dəqiq açılacağı TARİX
Bu küçədə təmir işləri başa çatdı
Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı
Bakıda daha bir küçə təmir edilir
Xətaidə 2 əsas küçə təmir edilir
Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 