Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir.
Miqrasiya xidmətindən ONN media-ya verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşları aşağıda adları qeyd olunan vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsabiqəyə dəvət olunurlar:
Dövlət Miqrasiya Xidmətinin Aparatı – 2 yer (inspektor);
Gəncə regional miqrasiya idarəsi – 1 yer (inspektor);
Lənkəran regional miqrasiya idarəsi – 1 yer (inspektor);
Xaçmaz regional miqrasiya idarəsi – 1 yer (inspektor);
Şəki regional miqrasiya idarəsi – 2 yer (inspektor);
Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor);
Yevlax regional miqrasiya idarəsi – 1 yer (inspektor);
Şirvan regional miqrasiya idarəsi – 2 yer (inspektor);
Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor);
Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor-tərcüməçi).
Vakant vəzifələrin tələblərinə cavab verən, müsabiqədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
kadrlar uçotunun şəxsi vərəqəsi;
ərizə;
şəxsiyyət vəsiqəsinin surəti;
təhsil haqqında sənədin surəti;
hərbi biletin surəti (kişilər üçün);
əmək kitabçasının surəti (olduğu təqdirdə)
2 (iki) ədəd foto şəkil (3x4sm ölçüdə)
Müsabiqədə iştirak etmək üçün sənədlər 2018-ci il oktyabr ayının 16-dan noyabr ayının 16-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur.
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.
Xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.
Əlaqə nömrəsi: (012) 562-53-01



İş axtaranların DİQQƏTİNƏ
Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
İlham Əliyev sərəncam imzaladı
Bu idarələr bayram günü də işləyəcək
Miqrasiya Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
Bu müraciətlərə ASAN Xidmət baxacaq
Azərbaycana gələn Ukrayna vətəndaşları burada nə qədər qala bilər?
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
Nazir Xankəndiyə yeni rəis təyin edib
Azərbaycanda 21 mindən çox əcnəbi miqrasiya qanunvericiliyini pozdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 