ONN media Axar.az-a istinadla xəbər verir ki, Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkəti göstərdiyi xidmət səviyyəsinin yüksəldilməsi, sürücülərin fəaliyyətinə ictimai nəzarətin stimullaşdırılması, sosial şəbəkələr vasitəsilə sərnişinlərlə şirkət arasında qarşılıqlı dialoqun qurulması və ən əsası təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə yeni sosial layihəyə start verib.
Şirkətdən verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd şirkətin istismarında olan və elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən marşrut xətləri üzrə (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199) sürücülərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar edən sərnişinlərin mükafatlandırılmasıdır:
“Siyahıda qeyd olunan marşrut xətlərində qayda pozuntusu (dayanacaqdan kənar saxlama, sürət həddi, sükan arxasında siqaret və mobil telefondan istifadə, sərnişinlərlə kobud davranış, dayanacaqda saxlamama və s.) aşkar edən hər bir sərnişin və ya digər vətəndaşlar bu barədə şirkətin rəsmi Votsap nömrəsinə +99455 455 8500, eləcə də Feysbuk (www.facebook.com/xaliq.faiqoglu2002/) və ya İnstaqram səhifəsinə (www.instagram.com/xaliqfaiqoglu/) hadisənin yerini, vaxtını, avtobusun dövlət qeydiyyat nömrəsini qeyd etməklə göndərə bilər. Daxil olan müraciətlərin düzgünlüyü “Xaliq Faiqoğlu” MMC-nin mərkəzi müşahidə şöbəsi tərəfindən kamera görüntüləri ilə yoxlanıb, təsdiq olunduğu təqdirdə həmin qayda pozuntusunu aşkar edən sərnişinə içərisində müəyyən məbləğdə gediş limiti olan “BakıKart” və ya “Safastore” supermarketdən alış-veriş kuponları (hədiyyə) təqdim olunacaqdır.



Bu avtobuslar elektron ödənişə keçdi
BNA-dan sərt xəbərdarlıq
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu avtobusdan istifadə edənlərin nəzərinə
Sürücüsü telefonla danışdı, rəhbərinə xəbərdarlıq olundu - BNA
DİQQƏT - Bakıda bu marşrut xətlərində dəyişiklik edildi
Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA
Bakıda daha bir marşrut kart sisteminə keçəcək
Sükanda canlı yayım açan sürücünün aqibəti necə oldu?
Marşrut xətlərində yeni sistem
Taksi sürücülərinin diqqətinə
Bu avtobuslar da kart sisteminə keçir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 