"Əmək pensiyaları haqqında" qanun layihəsinə bir sıra dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
ONN media xəbər verir ki, qanun layihəsi ilə bağlı millət vəkili Hadı Rəcəbli məlumat verib.
H.Rəcəbli bildirib ki, qanunda bir sıra vacib dəyişiklik olacaq.
Millət vəkili qanundakı ən vacib məqamlara diqqət çəkib:
“Hazırkı qanunda bir sıra qurumların əməkdaşlarının mükafatlardan, cərimələrdən qazandığı müavinətlər də sığortaya cəlb edilir. Həmin şəxslərin əmək haqqından 12 dəfə artıq vəsait pensiya fonduna toplanır. Bu məbləğ əsasında həmin şəxslər pensiya alır. Nəticədə, bu qrup şəxslər vəzifəli şəxsdən 10 dəfə artıq pensiya almış olur. Qanuna təklif edilən bu dəyişikliklərə əsasən, büdcədənkənar vəsaitlər hesabına ödənişlər pensiya hesablananda nəzərə alınmayacaq. Çünki hazırkı durumda ədalət prinsipi pozulur. Digər dəyişiklik pensiya stajı ilə bağlıdır. Ölkədə 25 il əmək stajı toplamayan şəxs pensiyaya çıxa bilmirdi, bu müddət tamam olana qədər işləyirdi. Bununla da onun pensiya hüququ pozulurdu. Lakin artıq qanunda bu maddə dəyişir. Bu dəyişiklikdən sonra 100 minə yaxın pensiya yaşı çatan şəxsin pensiya hüququ bərpa edilmiş olacaq”.



Pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilir
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq - YENİLİK
Bu şəxslər daha tez pensiyaya çıxa biləcək - Dəyişiklik
Bu şəxslərin pensiyası nə qədər artacaq?
Pensiyalar yenidən artırıla bilər?
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar
Pensiya ilə bağlı qanuna dəyişikıik edildi
İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqlədi
Pensiya alanların NƏZƏRİNƏ- Bundan sonra...
Pensiya ilə bağlı qanuna dəyişiklik edildi
Bu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 