ONN media Report-a istinadla xəbər verir ki, bu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5137,6 min nəfər olub, onlardan 4884,1 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1552,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,7 min nəfər, qeyri-dövlət sektorunda isə 668,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1518,9 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7,0 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 21,4 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.



Azərbaycanda nə qədər işsiz var?
Bu işçilərin maaşları ARTDI
Azərbaycanda bu işçilərin maaşları artıb
Azərbaycanda bu işçilərin MAAŞI ARTDI
Azərbaycanda yüksək maaş verilən sahələr hansılardı?
Azərbaycanda hansı sahədə çalışanlar daha çox maaş alıb?
Azərbaycanda bu şəxslərin maaşları artdı - SİYAHI
Bu şəxslərə ŞAD XƏBƏR- MAAŞLAR ARTDI
Azərbaycanda nə qədər muzdlu işçi var?
Muzdla çalışanların sayı artıb?
Bu işçilərin maaşı 11,3 faiz artdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 