ONN İnformasiya Agentliyi

Azərbaycanda toylarda yemək verilməyəcək

Azərbaycanda toylarda yemək verilməyəcək
16 Avqust 2018 - 21:00

Bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb.

ONN media  xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildirib. Məlumatda qeyd olunur ki, sentyabrın 1-dən etubarən Azərbaycanın Naxçıvan bölgəsində toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.

Bunun israfçılığın qarşısını almaq üçün edildiyi bildirilir.

Qeyd edək ki, mütəmadi olaraq sosial şəbəkə və mətbuatda Azərbaycanda toylarda israfçılığa yol verildiyi yazılıb və bu hal dəfələrlə tənqid olunub.

Qeyd edək ki, bundan əvvəl Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tədbirlər görülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png