ONN İnformasiya Agentliyi

Bakı metrosunun sərnişinlərinə SEVİNDİRİCİ XƏBƏR

Bakı metrosunun sərnişinlərinə SEVİNDİRİCİ XƏBƏR
17 Yanvar 2020 - 20:03

Bakı Metrosu üçün daha 16 müasir ventilyator alınacaq.

ONN media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, bu il metro tunellərində havalandırmanın yaxşılaşdırılması üçün daha 16 müasir ventilyatorun alınması planlaşdırlır:

“Yeni ventilyatorlar 2020-ci ilin fevral-mart aylarında Bakıya gətiriləcək. Gətiriləcək 16 ventilyatoru 10-u “qırmızı” və “yaşıl” xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Digər 6 ventilyator isə “bənövşəyi” xətt üçün nəzərdə tutulub”.

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam başa çatıb. (Oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png