ONN İnformasiya Agentliyi

Bakıda daha bir yol BAĞLANACAQ

Bakıda daha bir yol BAĞLANACAQ
11 Oktyabr 2019 - 19:44

Bakıda daha bir küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə ONN media -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png