ONN İnformasiya Agentliyi

Bu rayonda 3 gün qaz olmayacaq

Bu rayonda 3 gün qaz olmayacaq
28 Avqust 2018 - 11:17

"Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən ONN media-ya verilən məlumata görə, yeni çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən və "Qaz İxrac" İdarəsinin balansında olan diametri 1020 mm-lik "Astara-Qazıməmməd" magistral qaz xəttinin birinci xətti ilə kəsişən hissəsində borunun dəyişdirilməsi həmçinin futlyarın quraşdırılması zəruriyyəti ilə əlaqədar 28 avqust 2018-ci il tarixindən etibarən üç gün müddətində təmir işləri aparılacaq.

Zəruri təmir işləri ilə əlaqədar, Masallı rayonunun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png