ONN İnformasiya Agentliyi

Bu şəxslərlə bağlı VACİB QƏRAR

Bu şəxslərlə bağlı VACİB QƏRAR
09 Yanvar 2020 - 17:20

Nazirlər Kabinetinin (NK) “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilməsi barədə Qərarı əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması üçün uyğun imkanların yaradılması məqsədi daşıyır.

NK-nın Mətbuat Xidmətindən  ONN media -ya verilən məlumata görə, qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən istifadəsi üçün imkanların yaradılması məqsədilə dövlət orqanları qarşısında tələbləri müəyyən edir.

Dəyişikliklərə əsasən, əlilliyi olan şəxslərin İnternet informasiya ehtiyatlarından rahat istifadəsi üçün dövlət orqanları qarşısında qoyulan tələblər aşağıdakılardır:

– mətn olmayan məzmun üçün mətn alternativlərindən istifadə olunmalı, audio və videoməzmunlar üçün transkript, altyazılar yerləşdirilməlidir. Həmçinin şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir.

– mətni oxumaq və istifadə etmək üçün kifayət qədər vaxtın ayrılması və mətnin aydın, ardıcıl olması təmin edilməlidir;

– mətnlərin oxunaqlı olmasına diqqət edilməli, başa düşülən dildən (üslubdan) və böyük şriftlərdən istifadə olunmalıdır.

Bu Qərar əlilliyi olan şəxslərin internet informasiya ehtiyatlarından faydalanma imkanlarını genişləndirərək, onların həmin resurslardan sərbəst, maneəsiz istifadə etmələrinə şərait yaradacaqdır.

Qərarda əlilliyi olan şəxslərin dövlət orqanlarının internet informasiya ehtiyatlarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə həmin şəxslər üçün informasiyanın əlçatanlığı, etibarlılığı, idarə ediləbilən və anlaşılan olması təmin ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png