ONN İnformasiya Agentliyi

İctimai nəqliyyatın fəaliyyəti 2 günlük dayandırıldı

İctimai nəqliyyatın fəaliyyəti 2 günlük dayandırıldı
04 İyul 2020 - 0:31

Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda həftəsonları iyulun 20-dək bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

ONN media  xəbər verir ki, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəkidə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png