ONN İnformasiya Agentliyi

Kommunal xidmətlərin limiti artırılır – RƏSMİ

Kommunal xidmətlərin limiti artırılır – RƏSMİ
31 Mart 2020 - 11:19

Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək.

ONN media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

“Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək”, – V.Qasımlı qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png