ONN İnformasiya Agentliyi

Koreyanın nüfuzlu “The Korea Post” qəzeti erməni təxribatından yazdı

Koreyanın nüfuzlu “The Korea Post” qəzeti  erməni təxribatından yazdı
15 İyul 2020 - 20:58

Cənubi Koreyanın nüfuzlu “The Korea Post” qəzetinin Koreya və ingilis dili versiyalarında Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məqalə yerləşdirilib.

ONN media  xəbər verir ki, “Ermənistan atəşkəs rejimini pozur, Tovuzdakı Azərbaycan mövqelərini atəşə tutur” başlıqlı məqalədə Azərbaycan Ordusunun müvafiq cavab tədbirləri gördüyü, düşməni geri oturtduğu qeyd olunub.

Bildirilib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

“The Korea Post” yazır ki, bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzünün tarixi barədə məlumat verilib, qeyd olunub ki, Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozaraq hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Qeyd olunub ki, dünya ictimaiyyətinin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda Ermənistanın törətdiyi təxribatlar bu ölkənin BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsinin riyakarlıq olduğunu sübut edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png