ONN İnformasiya Agentliyi

Masazırda qaz yoxdur – Səbəb?

Masazırda qaz yoxdur – Səbəb?
08 Yanvar 2020 - 12:38
Dünən axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.
ONN media xəbər verir ki, bununla 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işlərindən sonra qaz açılışı bərpa olunarkən təkrar qaz sızması aşkarlanıb.
Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Bununla əlaqədar yanvarın 8-də səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub. Kəmərin yararsız hala düşməsinə səbəbkar olan MTK nümayəndələri də əraziyə dəvət edilib. Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png