ONN İnformasiya Agentliyi

Sərhəddə Azərbaycana dəstək aksiyası keçirildi

Sərhəddə Azərbaycana dəstək aksiyası keçirildi
16 İyul 2020 - 19:42

Gürcüstanda, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana dəstək aksiyası keçirilib.

ONN media  xəbər verir ki, Gürcüstan azərbaycanlılarının təşkil etdiyi aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar qətiyyətlə pislənilib.

Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutan 500-dək soydaşımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan edib, Ermənistanın təxribatını və işğalçılıq siyasətini qətiyyətlə pisləyib.

Azərbaycanlı gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıb, işğal etdikləri ərazilərdən dərhal çıxmağı tələb ediblər.

Aksiyada Gürcüstan-Azərbaycan dövlət sərhədi yaxınlığında yerləşən kəndlərdən və Gürcüstanın digər bölgələrindən olan azərbaycanlılar iştirak ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png